Tarix : 24-09-2019, 00:08 | Bölmə: iqtisadiyyat

Deputat: Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra Milli Məclisdə müzakirə olacaqSentyabrın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək.

Bu barədə Oxu.Az-a danışan komitə üzvü Tahir Rzayev bildirib ki, iclasda 2019-cu ilin yaz sessiyası dövründə Regional məsələlər komitəsinin gördüyü işlər barədə məlumat veriləcək.

Bununla yanaşı, komitənin 2019-cu il payız sessiyasındakı iş planı təsdiqlənəcək.

Deputat bildirib ki, iş planında “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında dəyişiklik layihəsi nəzərdə tutulub.

Bundan başqa Torpaq Məcəlləsində də dəyişiklik edilməsi barədə qanun layihəsi iş planına daxil edilib.

“Bəzi qanun layihələri də var ki, aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Payız sessiyasında ola bilsin ki, bəzi qurumlardan qanunlara dəyişiklik edilməsi üçün Milli Məclisə layihələr daxil olsun”,-deyə T.Rzayev əlavə edib.

Oxşar xəbərlər