Tarix : 6-08-2019, 00:56 | Bölmə: iqtisadiyyat

Ceyhun Bayramov: Olimpiadaya ev sahibliyi etmək bizim üçün şərəfdirKeçirilən olimpiada bu günün və sabahın ən parlaq zəkalarını birləşdirir.

Oxu.Az xəbər verir ki, bu sözləri Təhsil Naziri Ceyhun Bayramov “IOI 2019” - 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində deyib.

O bildirib ki, belə bir beynəlxalq elmi olimpiadaya ev sahibliyi etmək bizə şərəf verir: “Hər il beynəlxalq elmi olimpiadalarda iştirak edən tələbələrimiz medallarla vətənə gəlir. Bu, bizi çox qürurlandırır. Biz elm müsabiqələrinə qatılmağa və onların keçirilməsinə xüsusi diqqət yetiririk. 2015-ci ildə Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiyadasında azərbaycanlı tələbələr 2 medal qazanmışdı. İnanırıq ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayacaq”.

Nazir qeyd edib ki, son 6 ildə şagirdlərimiz olimpiadalarda 150-dən çox medal qazanıb: “Ümid edirik ki, bu medalların sayı artacaq. Təhsil müddətində əldə olunan biliklərdən səmərəli şəkildə istifadə etmək bu medalları qazanmaq qədər vacibdir”.

Oxşar xəbərlər