Neft Fondu dollar satışını artırıb » Memur.az

Neft Fondu dollar satışını artırıb

Neft Fondu dollar satışını artırıbAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Oxu.Az fondun açıqladığı məlumata istinadən xəbər verir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə, iki dəfədən çoxdur.

Belə ki, 2017-ci ilin yanvarında fond hərraclara cəmi 299,1 milyon ABŞ dolları məbləğində valyuta çıxarmışdı.Neft Fondu tərəfindən 2018-ci ilin dekabr ayında isə 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Yəni ötən ilin dekabr ayı ilə müqayisədə, 2019-cu ilin yanvarında valyuta satışı 42,2 milyon dollar azalıb.

Bu isə onunla bağlıdır ki, ilin sonuna yaxın ölkədə valyuta ajiotajı yaranmışdı və üstəlik, Neft Fondu ilin sonu ilə bağlı büdcə öhdəliklərini tam icra etmək məqsədilə bazara daha çox valyuta çıxarmışdı.

Yanvar ayında isə neftin bahalaşma tendensiyası göstərməsi və Mərkəzi Bankın məzənnə dəyişikliyinə getməməsi dollarla bağlı sakitlik yaratdı.