Azərbaycan nefti bahalaşıb » Memur.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,8 dollar və yaxud 1,02% artıb.

Oxu.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,2 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.