“Baksol” yolunun təmiri yekunlaşır » Memur.az

“Baksol” yolunun təmiri yekunlaşır

“Baksol” yolunun təmiri yekunlaşır

Ziya Bünyadov prospekti ilə Binəqədi şossesini birləşdirən 4 kilometrlik “Baksol” yolunda təmir işləri yekunlaşmaq üzrədir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin rahat şəkildə hərəkətini təmin etmək üçün “Azəryolservis” ASC tərəfindən həyata keçirilən kompleks tədbirlərin əsas hissəsi artıq yerinə yetirilib. “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alınaraq təmir-bərpa işləri yalnız günün qaranlıq saatlafrında həyata keçirilir. Artıq yolun 1.4 kilometrlik hissəsi əsaslı təmir olunub. Ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəz olunub, 2.6 kilometrlik ərazidə isə hissə-hissə təmir işləri aparılıb. Bundan başqa zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.
Bu gün yolda nişanlanma xətlərinin çəkilməsi və zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması nəzərdə tutulub. İşlər bitdikdən sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunacaq.