Beş ayda tikilən yaşayış evlərinin sayı bəlli oldu » Memur.az

Beş ayda tikilən yaşayış evlərinin sayı bəlli oldu

Beş ayda tikilən yaşayış evlərinin sayı bəlli olduBu ilin beş ayında 2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyon 240,8 milyon manat vəsait yönəldilib.

Oxu.Az xəbər verir ki, vəsaitin 2 milyard 887,1 milyon manatı və ya 55,1%-i qeyri-neft sektoruna sərf edilib.

Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% artım deməkdir.

Ümumi sərmayənin 72,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 6,1%-i isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 53,7%-ni təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9%, bank kreditləri 15,7%, büdcə vəsaitləri 23,6%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,8%, sair vəsaitlər isə 0,6% təşkil edib.

Memur.az