Tramp milyonlarını itirir » Memur.az

Tramp milyonlarını itirir

Tramp milyonlarını itirirABŞ prezidenti Donald Trampın varidatı bir il ərzində 100 milyon dollara qədər azalıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi illik hesabat və may üzrə elan olunmuş maliyyə statistikasına əsasən məlumat yayıb.

Trampın aktivləri 2,8 milyard dollara qədər azalıb.Halbuki 2017-ci ilin iyun göstəricilərinə görə ABŞ prezidentinin aktivləri 2,9 milyard təşkil edirdi.

Agentliyin məlumatına əsasən Trampın varidatının zəifləməsinə səbəb onun sahib olduğu “Trump Tower” və “Niketown” binalarında otaqların icarəsinə olan tələbin aşağı düşməsi həmçinin onun qolf sektorundan olan gəlirlərinin azalmasıdır.

“Bloomberg” eyni zamanda qeyd edir ki, qalmaqallar fonunda, Trampın adı Nyu-York, Toronto və Panamadakı binalardan kənarlaşdırılıb.

Bundan əvvəl mart ayında “Forbes” jurnalı Trampın prezident olduğu bir il ərzində aktivlərinin 400 milyon dollar azaldığını bildirmişdi.

Memur.az