Nazir neftin qiymətinin büdcəyə təsirindən danışdı » Memur.az

Nazir neftin qiymətinin büdcəyə təsirindən danışdı

Nazir neftin qiymətinin büdcəyə təsirindən danışdı

“2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti ilə bağlı dürüstləşməyə ehtiyac yoxdur”.

"APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında bildirib.

Nazir bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dürüstləşmənin həyata keçirilməsinin meyarları təsbit edilib: “Hələ ki, biz belə meyarları görmürük. Çünki məcburi dürüstləşməyə hökumət yalnız o zaman gedir ki, gəlirləri ilə xərcləri arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30%-ni təşkil edir. Belə bir vəziyyət yoxdur. Ona görə də, biz burada hər hansı bir ehtiyac görmürük”.