Saakaşvili Gürcüstanda inqilab proqnozlaşdırdı » Memur.az

Saakaşvili Gürcüstanda inqilab proqnozlaşdırdı

Saakaşvili Gürcüstanda inqilab proqnozlaşdırdıGürcüstanın paytaxtı Tiflisdə narkosiyasətin liberallaşdırılması üçün keçirilən etiraz aksiyaları milyarder Birzina İvanaşvilinin qeyri-formal idarəetməsindən yaranan daha dağıdıcı proseslərə səbəb olacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri “Rustavi 2” telekanalına açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Bu gün Gürcüstanda, xüsusən də gənclər arasında işsizlik və bir çox digər sosial problemlər baş verir. Bunun arxasında qeyri-formal olaraq oliqarx İvanaşvili dayanır”, - Saakaşvili qeyd edib.

Gürcüstanda faktiki olaraq real müxalifətin məhvində və hakimiyyətin milyarder İvanaşviliyə keçməsində msuliyyət daşıyıb-daşımadığı ilə bağlı suala sabiq prezident belə cavab verib ki, hakimiyyət dəyişikliyi onun səhvləri səbəbindən baş verib

O bildirib ki, Ermənistanda baş verən hadisələr Gürcüstanda etirazlar üçün böyük əhval-ruhiyyə yaradıb.

Memur.az