Rusiyalı iş adamı ABŞ-da seçkilərə müdaxilə etməkdə suçlanır » Memur.az

Rusiyalı iş adamı ABŞ-da seçkilərə müdaxilə etməkdə suçlanır

Rusiyalı iş adamı ABŞ-da seçkilərə müdaxilə etməkdə suçlanırABŞ Ədliyyə nazirliyi siyasi proseslərə və prezident seçkilərinə müdaxilə etdikləri üçün 13 Rusiya vətəndaşı və bu ölkənin 3 şirkətinə qarşı ittiham irəli sürüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə nazirliyin saytında müvafiq ittihamnamə dərc edilib.

İttiham olunan şəxslər arasında iş adamı Yevgeni Priqojin da var.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, Rəsmi Vaşinqton ABŞ-dakı seçkilərə təsir göstərməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiya olunmasını tələb edəcək.

“Bununla bağlı Rusiya tərəfi ilə hələ ki, heç bir əlaqəmiz yoxdur. Biz standart prosedurlara əsasən işimizi quraraq ekstradisiyaya nail olmağa çalışacağıq”, deyə R.Rozenstayn qeyd edib.

Memur.az