Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı müsadirə edilib » Memur.az

Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı müsadirə edilib

Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı müsadirə edilib



Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.



Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkcənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.