Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb - FOTO » Memur.az

Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb - FOTO

Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb - FOTO


Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına 21 milyard dollar sərmayə yatırıb.

Memur.Az Trend-ə istinadən xəbər veirr ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tvininq layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, Aİ bu göstərici üzrə lider mövqedədir: "Avropa İttifaqı ölkələrinin investisiyalar strukturunda payı 24 faiz təşkil edir. Hazırda Azərbaycanda 1400-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Azərbaycan 8 Aİ ölkəsi ilə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb".

Ş.Mustafayev bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Ötən il Azərbaycanın ümumi əmtəə dövriyyəsində Aİ-nin payı 35 faiz təşkil edib. Cari ilin nəticələri göstərir ki, bu, 35 faiz səviyyəsində qalır".
Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb - FOTO
Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb - FOTO
Avropa İttifaqı Azərbaycana 21 milyard dollar yatırıb - FOTO