Tarix : 13-11-2017, 14:14 | Bölmə: iqtisadiyyat

"Azərbaycanın qeyri-neft sənayesi 7,8 faiz artacaq"


Azərbaycanın qeyri-neft sənayesi 2018-ci ildə 7,8 faiz artacaq.


Memur.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, gələn il aqrar sektorun artımı 6,2 faiz olacaq: "Aqrar sektor növbəti 3 ildə orta hesabla hər il 6 faiz artacaq".

Oxşar xəbərlər