“Bazarstor”da 50 faizlik endirim? - Açıqlama » Memur.az

“Bazarstor”da 50 faizlik endirim? - Açıqlama

“Bazarstor”da 50 faizlik endirim? - Açıqlama

“Bazarstor” supermarketlər şəbəkəsi Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində ölkəyə gələcək xaricilərə bütün mallarında 50 faiz endirim edəcək.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində istifadəçilərdən biri məlumat paylaşıb. İstifadəçi qeyd edib ki, bu barədə marketdə işləyənlər məlumat verib.

Belə ki, Avropa Oyunları zamanı ölkəyə gələcək akkreditasiyadan keçən xarici vətəndaşlar akkreditasiya kartlarını göstərməklə marketin endirimlərindən yararlana biləcəklər.

Hələlik bu addımın paytaxtın digər super marketlərinə də şamil edilib- edilməməsilə bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bazarstor”un PR meneceri Günay xanım xəbəri təkzib edib. Onun sözlərinə görə, deyilənlər cəfəngiyatdır:

“Belə bir məqsəd olsaydı, mənim məlumatım olardı. Ancaq belə bir şey gözlənilmir”.