Azərbaycanda yeni bank açılır » Memur.az

Azərbaycanda yeni bank açılır

Azərbaycanda yeni bank açılır

Aprelin 2-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Ziraat Bank Azərbaycan” ASC-nin səhmlərini dövlət qeydiyyatına alıb.

Komitədən İnterAz-a verilən məlumata görə, qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən 50 000 ədəd adi sənədsiz adlı səhmlərin hər birinin nominal dəyəri 1 000 manat təşkil edir.

Qeyd edək ki, 1863-cü ildən fəaliyyət göstərən “T.C. Ziraat Bankası” Türkiyənin ən iri bank təşkilatıdır, aktivlərinin həcmi isə 108 mlrd. ABŞ dolları təşkil edir.

Bir müddət əvvəl “T.C. Ziraat Bankası” ölkəmizdə törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmişdi. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabr ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.