Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır Böyüt » Memur.az

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır Böyüt

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır  Böyüt

Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir
Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin ilk 7 ayı ərzində Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 3 400 335 nəfər təşkil edib.

"APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında deyilir.

Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 17,5% və 208 436 nəfər artaraq 1 401 914-ə çatıb.

Yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+15,1%). İkinci yerdə Türkiyə (+1,6%), üçüncü yerdə Ermənistan (-0,8%), dördüncü yerdə Rusiya (+10,3%), beşinci yerdə isə Ukrayna (+24,3%) qərarlaşıb.

Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir.