Azərbaycan və Tümen vilayəti turizm sahəsində əməkdaşlıq edəcək » Memur.az

Azərbaycan və Tümen vilayəti turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Tümen vilayəti turizm sahəsində əməkdaşlıq edəcəkMemorandum imzalanıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Tümen vilayəti arasında qarşıdakı 3 il ərzində turizm sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı memorandum imzalanıb.

Memur.Az-ın russiantourism.ru saytına istinadən verdiyi xəbərə görə, razılaşma Moskvada Tümen turist təşkilatlarının regional assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasındadır. Memorandum Tümen və Azərbaycan Respublikası arasında turizm fəaliyyətlərinin birgə effektiv təşkili, təcrübə və informasiya mübadiləsi kimi məsələləri əhatə edir.

Sənədə əsasən tərəflər qarşılıqlı olaraq müxtəlif konfranslar, seminarlar, müşavirələr və sərgilərdə iştirak edəcək, qarşılıqlı faydalı layihələr üzrə əməkdaşlığı inkişaf etdirəcəklər.

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən Tümen vilayətinin Azərbaycanla ticarət dövriyyəsi 2015-ci ildə 5 milyon 156 min dollar təşkil edib.