“Azəriqaz”: Rayonlara qazın verilişi bərpa olunub » Memur.az

“Azəriqaz”: Rayonlara qazın verilişi bərpa olunub

“Azəriqaz”: Rayonlara qazın verilişi bərpa olunubQurum rəsmisi səslənən iddialara da aydınlıq gətirib.

Martın 15-də Azərbaycanın ümumilikdə 15 rayonunun qaz təchizatı məhdudlaşdırılmışdı. Elə həmin gün bəziləri qeyd edirdilər ki, buna səbəb Dövlət Neft Şirkətinin (SOCAR) qənaət rejimi tətbiq etməsi ilə bağlıdır. Hətta bildirilirdi ki, qış mövsümündə bu cür təmir işlərinin aparılması düzgün deyil.

Memur.Az bu məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mövqeyini öyrənməyə çalışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev qeyd edib ki, o rayonların qaz təchizatı elə həmin gün bərpa olunub.

İ.Kərbəlayev, həmçinin səslənən iddalara da ayıdınlıq gətirib:

“Bu zəruri səbəbdən aparılan işlər idi. Planlı şəkildə aparılan təmir işləri deyil idi. Zərurət yaranıb. Hər hansı bir qaz sızması baş verir və ya qaz xətti üzərindəki avadanlıq istismarı başa çatır, onu yenisi ilə əvəzləmək lazımdır. Bunun mövsümə aidiyyatı yoxdur”, - deyə o qeyd edib.

Bundan başqa, o həmçinin bildirib ki, İB tərəfindən qış mövsümündə də işlər aparılır:

“Qış vaxtı da planlı şəkildə işlərin aparılması tərəfimizdən həyata keçirilir. Yalnız zərurət yarandıqda. Bütün işlər yay vaxtında həyata keçirilir. Məsələn, qaz xətləri yenisi ilə əvəz olunur.

Amma qeyd etdiyim kimi, yalnız zərurət yarandığı təqdirdə, işlər qış mövsümündə də həyata keçirilir. Məsələn, hər hansı bir rayonda qaz sızması baş verir, boru avadanlıqları sıradan çıxır. İstismar müddəti başa çatır. Bu işlər qış mövsümündə aparılır ki, bunlar isə planlı xarakter daşımır”, - deyə o əlavə edib.

Qeyd edək ki, martın 15-də Bakı şəhərinin Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Nərimanov, Nəsimi, Suraxanı və s. rayonlar üzrə qaz təchizatı məhdudlaşdırılmışdı.