Azərbaycan neft hasilatının “dondurulmasına” razılıdır » Memur.az

Azərbaycan neft hasilatının “dondurulmasına” razılıdır

Azərbaycan neft hasilatının “dondurulmasına” razılıdır

Rövnəq Abdullayev jurnalistlərə açıqlama verdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində “dondurulması” təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.

Bu barədə Memur.az Virtualaz.org-a istinadən xəbər verir.

Xatırladaq ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının «dondurulması» təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər.