"Muğanbank" tərəfindən kompensasiyalar sürətlə ödənilir » Memur.az

"Muğanbank" tərəfindən kompensasiyalar sürətlə ödənilir

"Muğanbank" tərəfindən kompensasiyalar sürətlə ödənilir2016-cı ilin əvvəlində "Bank of Azerbaijan" ASC və "Texnikabank" ASC-nin lisenziyalarının ləğv olunması və məhkəmə qərarı ilə müflis elan edilmələri ilə əlaqədar bu bankların əmanətçilərinə sığortalanmış əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən "Muğanbank" ASC agent bank seçilmişdir.

"Muğanbank" ASC vasitəsilə "Bank of Azerbaijan"-ın əmanətçilərinə ödəniləcək 24,4 mln. manat kompensasiyadan bir ay ərzində artıq 22, 5 mln. manatı (92.2%) ödənilmişdir.

"Texnikabank" ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə "Muğanbank" ASC vasitəsi ilə veriləcək kompensasiyalar 81,7 mln. manat təşkil edir. Bu məbləğdən 11 iş günü ərzində "Muğanbank" ASC tərəfindən 40, 9 mln.manat (50%) sığortalanmış əmanətlər vətəndaşlara ödənilərək geri qaytarılıb.

Muğanbank olaraq daima müştərilərə operativ, sürətli və keyfiyyətli xidmət göstərməyə çalışırıq. Buna Muğanbank əməkdaşlarının yüksək peşəkarlığı və müasir İT infrastrukturunun olması imkan verir. Xatırladaq ki, "Muğanbank" ASC 2012-ci ildə "Royal Bank of Baku" ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini uğurla həyata keçirərək böyük bir təcrübə qazanmışdır.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.