Azərbaycanın satdığı neftin həcmi açıqlandı » Memur.az

Azərbaycanın satdığı neftin həcmi açıqlandı

Azərbaycanın satdığı neftin həcmi açıqlandıSon hesabat.

Azərbaycan 2015-ci il ərzində gömrük bəyannamələri əsasında 8 milyard 866 milyon dollar dəyərində 21,960 milyon ton xam neft ixrac edib. Bu məbləğ isə 2014-cü illə müqayisədə 52% azdır. 2015-ci ildə Azərbaycanın ümumi ixracında xam neftin payı 77,6% olub.

Memur.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) 2015-ci il yanvar-dekabr ayları üzrə açıqladığı hesabatında bildirilir.

Hesabat dövründə sayğac göstəriciləri əsasında isə boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 32,520 milyon ton xam neft nəql olunub. 2015-ci ildə sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 26,678 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.

Ötən il ərzində Bakı-Supsa kəməri ilə 4 milyard 223 milyon ton, şimal marşrutu ilə (Bakı-Novorossiysk kəməri) 1 milyard 186 milyon ton, dəmir yolu nəqliyyatı ilə 432 508 ton xam neft ixrac olunub.