Rusiya Mərkəzi Bankının intervensiya vaxtı açıqlandı » Memur.az

Rusiya Mərkəzi Bankının intervensiya vaxtı açıqlandı

Rusiya Mərkəzi Bankının intervensiya vaxtı açıqlandı

Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması prosesinin sürətlənəcəyi halda intervensiyaya başlamağa məcbur olacaq.

Report-un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Agentliyin iqtisadi analitiklər arasında keçirdiyi sorğuda dolların məzənnəsinin 90 rubl həddini keçməsi halında intervensiyalara start veriləcəyini bildirilib. Belə ki, iqtisadçıların 15-i məzənnənin 90 RUB/USD, 2-si isə 80 RUB/USD həddini keçdikdə Mərkəzi Bankın intervensiyaya başlayacağını düşünürlər.

"Rabobank"ın (Hollandiya) valyuta üzrə strateji analitiki Petr Matisə görə, 80 RUB/USD səviyyəsindən yuxarıda şifahi intervensiya xəbərləri, daha sonra birbaşa intervensiyalar başlaya bilər. P.Matis 80 RUB/USD həddinin psixoloji önəm daşıdığını bildirib.

Rusiya "Sberbank"ından gələn hesabata əsasən, intervensiyanın 15-25 dollar/barel intervalında başlayacağı proqnozlaşdırılır.

Rusiya Mərkəzi Bankı rublun zəifləməsinin sürətlənəcəyi təqdirdə uçot dərəcəsinin artırılmasını qərara ala biləcəyini açıqlayıb.

Hazırda dolların bazar məzənnəsi 79,5 RUB/USD-yə bərabərdir. Rublun zəifləməsi Rusiya ilə ticarət münasibətləri olan bütün ölkələrin milli valyutasına mənfi təsir göstərəcək. Azərbaycan manatının da yumşaq devalvasiya prosesinin davam etməsi istisna olunmur.