Qiymətli kağızlar bazarında kəskin – AZALMA » Memur.az

Qiymətli kağızlar bazarında kəskin – AZALMA

Qiymətli kağızlar bazarında kəskin – AZALMA

BFB məlumat yaydı.

Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja sazişlərinin ümumi dövriyyəsi 2015-ci ildə 8,46 milyard manat təşkil edib. Bu da ötən illə müqayisədə 35,57% azdır.

Oxu.Az xəbər verir ki, bu barədə BFB-nın saytında yerləşdirilmiş məlumatda bildirilib.

“Ötən il bazarın 73,3%-i törəmə maliyyə alətləri bazarının payına düşüb. Bu bazarda 6 milyard 194,4 milyon manatlıq əməliyyat olub ki, bu da əvvəlki illə müqayisədə 38,3% çoxdur”, - deyə Fondun məlumatında qeyd edilib.

Hesabata görə, qiymətli kağızlar bazarında əməliyyatların həcmi 20,79 milyon manat təşkil edib, bu da ötən illə müqayisədə 29,62% azalma deməkdir. Korporativ kağızlar bazarının dövriyyəsi bir ildə 3,58% azakaraq, 2,24 milyard manat təşkil edib.

Ülviyyə R. Əli