“Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinənlər “qara siyahıya” salındılar » Memur.az

“Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinənlər “qara siyahıya” salındılar

“Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinənlər “qara siyahıya” salındılar

Həmin şəxslərin adları açıqlanıb.

Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin qərarlarına uyğun olaraq siyahını yeniləyib.

Memur.Az APA-Economics-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin oktyabrın 2-də qəbul edilmiş qərarlarına uyğun olaraq oktyabrın 7-də ümumi siyahını yeniləyib.

Xidmətdən verilən məlumata görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata əsasən, daha altı nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslərin adı Maghomed Maghomedzakirovich Abdurakhmanov, İslam Seit-Umarovich Atabiev, Akhmed Rajapovich Chataev, Tarkhan İsmailovich Gaziev, Zaurbek Salimovich Guchaev, Shamil Magomedovich İsmailovdur.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib