Bəzi köçkünlər üçün orta aylıq əməkhaqqının verilməsi müddəti azaldılır » Memur.az

Bəzi köçkünlər üçün orta aylıq əməkhaqqının verilməsi müddəti azaldılır

Bəzi köçkünlər üçün orta aylıq əməkhaqqının verilməsi müddəti azaldılır

Azərbaycanda büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əməkhaqqının verilməsi müddəti azaldılır.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" qərara dəyişiklik edilib.

Qərara uyğun olaraq, büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əməkhaqqının verilməsi onlar pensiya yaşına çatdıqda dayandırılır. Indiyədək isə köçkünlərə bu əməkhaqqının verilməsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda dayandırılırdı.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60-dır. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi isə 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.