Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılır » Memur.az

Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılır

Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılır

Azərbaycanın 2015-ci il dövlət büdcəsində daxili dövlət borclanmasının yuxarı həddi artırıla bilər.

“APA-Economics”in məlumatına görə, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsində 13-cü maddəsində Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 mlrd. manatdan 4,5 mlrd. manata qədər artırılması təklif olunur.

Xarici dövlət borclanmasının yuxarı həddi (limiti) əvvəl nəzərdə tutulduğu kimi 1,5 mlrd. manat səviyyəsində qalacaq.

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli və 07 avqust 2015-ci il tarixli 575 nömrəli Fərmanlarının icrası ilə əlaqədar bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin cəlb edilməsindən ötrü sözügedən Qanunla təsdiq edilmiş daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 3 mlrd. manat artırılmasını və müvafiq olaraq 4,5 mlrd. manat təşkil etməsini zəruri edir.

Bu dəyişiklik 2015-ci ilin iyulun 15-dən tətbiq edilir.

Qeyd edək ki, dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.