Maliyyə Nazirliyi büdcə kəsiri proqnozlaşdırır » Memur.az

Maliyyə Nazirliyi büdcə kəsiri proqnozlaşdırır

Maliyyə Nazirliyi büdcə kəsiri proqnozlaşdırır

Gələn ilin dövlət büdcəsində neftin proqnoz qiymətləri 1 barelə görə 50 dollar səviyyəsində götürülüb, deyə Maliyyə Nazirliyi məlumat verir.

Dövlət büdcəsinin gəlirləri 14 566 milyon manat (-25,1%), xərcləri isə 16 264 milyon manat (mənfi 22,9%) səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 1 mlrd 698 mln manat olacaq.

İlk dəfə mədaxildə Vergilər Nazirliyi lider olacaq - 6,6 mlrd manat (mənfi 7,2%). ARDNF büdcəyə 6 mlrd manat (- 42,2%), Gömrük Komitəsi 1,59 mlrd manat (dəyişməyib) köçürəcək. Qeyri-neft sektorundan mədaxil ümumi gəlirlərin 46,5%-i (+11,8%) təşkil edəcək.

Dövlət kapital qoyuluşu 48,7% azalaraq 3 mlrd 554,8 mln manat, ümumdövlət xərcləri 2 mlrd 416,9 mln manat (+18,1%), sosial müdafiə və təminat xərcləri 1 mlrd 896,6 mln manat (- 7,1%), müdafiə xərcləri 1 mlrd 837,8 mln manat (+ 3,3%), təhsil xərcləri 1 mlrd 713,5 mln manat (+ 0,1%), məhkəmə, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanma xərcləri 1 mlrd 138,8 mln manat (mənfi 7,2%), səhiyyə xərcləri 744,9 mln manat (mənfi 4,2%), mənzil-kommunal xərclər 416,8 mln manat (- 6,1%), mədəniyyət, incəsənət, informasiya, idman, humanitar xərclər 652,7 mln manat (artım 1,9 dəfə), elm xərcləri 131,7 mln manat (mənfi 12,5%) təşkil edəcək.

İcmal büdcənin gəlirləri 16 mlrd 720,1 mln manat, xərcləri 19 mlrd 906,5 mln manat, kəsir 3 mlrd 186,4 mln manat proqnozlaşdırılır.