Tarix : 18-08-2015, 14:06 | Bölmə: iqtisadiyyat

Bakıdan Yaponiyaya birbaşa uçuşlar başlayır

“Silk Vey Vest” aviaşirkəti hava gəmiləri parkına yeni “Boeing 747-8 Freighter” təyyarəsini əlavə edib. Axar.az-a “Silk Vey Vest” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, aviaşirkətin balansındakı “Boeing 747-8” təyyarələrinin sayı üçə çatıb. Bu təyyarə ilə yanaşı aviaşirkət 3 “Boeing 747-400” təyyarəsini də istismar edir. Aviaşirkət daha iki “Boeing 747-8” alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi gözlənilir. Aviaşirkət bu təyyarələri almaqla, yük aviadaşımaları sahəsində biznesini genişləndirmək istəyir. Qeyd edək ki, yeni alınan “Boeing 747-8” təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.

Oxşar xəbərlər