Rumıniya Azərbaycan neftinin idxalını əhəmiyyətli dərəcədə artıra bilər
iqtisadiyyat
1-02-2023, 16:32
282

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
İxrac dəyər baxımından 80,877 milyon dollardan 378,607 milyon dollaradək artıb ki, bu da illik hesablamada 4,68 dəfə artım deməkdir.
2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 19,484 milyard dollar dəyərində 26,024 milyon ton xam neft və neft məhsulları ixrac edib ki, bu da 2021-ci illə müqayisədə həcmcə 4,03 faiz az olmaqla dəyər baxımından 47,4 faiz yüksəkdir.
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.