Hökumət büdcəyə 4 milyardı hardan tapacaq? » Memur.az

Hökumət büdcəyə 4 milyardı hardan tapacaq?

Hökumət büdcəyə 4 milyardı hardan tapacaq?

"Neft Fondu 6 aylıq büdcə məlumatlarını açıqlayıb.

Yarım ilin nəticələrinə görə, Fondun gəlirləri 4 milyard manat ətrafında olub. Gəlirlərin 3.5 milyard manatı dövlət büdcəsinə yönəldilib. 2015-ci ilin dövlət büdcəsi haqqında Qanuna görə, Bundan sonrakı 6 ayda büdcəyə əlavə olaraq 6.9 milyard manata yaxın vəsait köçürülməlidir.

Qiymətlər indiki səviyyədə qalacağı tədqirdə növbəti 6 ayda da Neft Fondunun gəlirlərinin 4 milyard manat ətrafında olacağı nəzərə alınsa, həmin müddətdə 6.9 milyard manat transfert üçün tələb olunan əlavə 3 milyard manata yaxın vəsaitin hansı mənbədən götürüləcəyi maraqlıdır”.

Bunu tanınmış iqtisadçı ekspert Rövşən Ağayev facebook səhifəsində yazıb.

Ekspertin fikrincə, burada hələ Fondun öz xərclərini də nəzərə almaq gərəkdir. İndiki qiymətlərlə, büdcəyə ən yaxşı halda 7 milyard manat transfert real görünür. Amma proqnoza görə, 10.4 milyard transfert olmalıdır.

R.Ağayev yazır ki, 6 aylıq nəticələrin təhlili Vergilər Nazirliyinin vergi daxilolamlarının da ilin sonuna təxminən 500 milyon manat kəsirlə icra edilmək riskindən xəbər verir. Ekspertə görə, hər 2 mənbədən qeyd olunan miqyasda mümkün gəlir itkiləri nəzərə alınsa, hökumət artıq indidən dövlət bücəsinin tam icrası üçün 3.5-4 milyard manat gəlirin mənbəyini tapmalıdır. "Burda 2 mümkün alternativ var: ya Fondun ehtiyat aktivləri büdcəyə cəlb edilir, ya da hökumət gəlirlərin azalmasına uyğun xərcləri ixtisar edir. Üçüncü alternatv ikisinin qarşığıdır - xərclərin bir hissəsini ixtisar edir, Fondun aktivlərindən bir qədər cəlb edilir.

Amma hələ də hökumət qurumlarında və Ana Yasaya görə büdcəyə nəzarət səlahiyyəti daşıyan Parlamentdə mümkün büdcə ssenariləri ilə bağlı heç bir müzakirə yoxdur”, - deyə R.Ağayev yazıb.