Paralimpiya Oyunlarında püşk atıldı: Cüdoçularımızın rəqibləri bilindi » Memur.az

Paralimpiya Oyunlarında püşk atıldı: Cüdoçularımızın rəqibləri bilindi

Paralimpiya Oyunlarında püşk atıldı: Cüdoçularımızın rəqibləri bilindiBu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının cüdo idman növündə püşk atılıb.

Oxu.Az-ın xəbərinə görə, kompüter yolu ilə atılan püşkə əsasən 11 idmançımızın rəqibləri müəyyənləşib.

Qadınlar

-48 kq. Şahanə Hacıyeva – Şizuka Hanqay (Yaponiya)

-52 kq. Bəsti Səfərova – Yui Fucivara (Yaponiya)

-57 kq. Sevda Vəliyeva – Dayana Fedossova (Qazaxıstan)/Xaiitxan Hüsən qızı (Qırğızıstan) cütünün qalibi

-63 kq. Xanım Hüseynova – Liana Mutia (ABŞ)/Hiroko Kudo (Yaponiya) cütünün qalibi

+70 kq. Dürsədəf Kərimova – Anastasiya Qarnik (Ukrayna)

Kişilər

-60 kq. Vüqar Şirinli – Enri Borqes (Uruqvay)/Rəcəp Çiftçi (Türkiyə) cütünün qalibi

-66 kq. Namiq Abbaslı – Serxio İbanyes Banon (İspaniya)/Luis Xabdiel Peres (Puerto Riko) cütünün qalibi

-73 kq. Ramil Qasımov – Temircan Dövlət (Qazaxıstan)

-81 kq. Hüseyn Rəhimli – Daniel Pauell (Böyük Britaniya)/Arley Damyan Pereyra Aruda (Braziliya) cütünün qalibi

-100 kq. Kənan Abdullaxanlı – Şərif Xəlilov (Özbəkistan)

+100 kq. İlham Zəkiyev – Cək Hocson (Böyük Britaniya)

Qeyd edək ki, heyətdə son Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu Ramil Qasımovun adı sistemdə qalsa da, o, güləşə bilməyəcək. Buna səbəb onun koronavirus testinin Tokioda pozitiv çıxmasıdır. Bu səbəbdən də onun rəqibi olan Qazaxıstan idmançısına texniki qələbə veriləcək.

Onu da bildirək ki, cüdo yarışları 27-29 avqust tarixlərində keçiriləcək.