“Yuventus” Ronaldunu “Barselona”lı futbolçu ilə əvəzləyəcək » Memur.az

“Yuventus” Ronaldunu “Barselona”lı futbolçu ilə əvəzləyəcək

“Yuventus” Ronaldunu “Barselona”lı futbolçu ilə əvəzləyəcək“Yuventus” Ronaldunun klubu tərk edəcəyi təqdirdə “Barselona”nın futbolçusu Antuan Qrizmanın transferini nəzərdən keçirir.

Bu barədə “Football Italia” nəşri məlumat yayıb.

Məlumata görə, katalonlar 30 yaşlı fransalı hücumçu ilə yollarını ayırmağa hazırdırlar.

Qeyd edək ki, mayın əvəllərində Ronaldunun İtaliya klubu ilə müqaviləsini uzatmayacağı açıqlanıb. Həmçinin, onun “Sportinq”ə keçəcəyilə bağlı şayiələr yayılıb.