AVRO-2020-nin yeni rəsmi sponsoru bilindi » Memur.az

AVRO-2020-nin yeni rəsmi sponsoru bilindi

AVRO-2020-nin yeni rəsmi sponsoru bilindiAVRO-2020-nin rəsmi sponsoru Rusiyanın “Qazprom” şirkəti olacaq.

Memur.Az xəbər verir ki, bu şirkət SOCAR-ı əvəzləyib.

Qeyd edək ki, daha əvvəl UEFA rəsmi bəyanat yayaraq SOCAR-a tərəfdaşlığa görə təşəkkürünü bildirib və şirkətə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, SOCAR 2013-cü ildən UEFA-nın milli komanda yarışları üzrə rəsmi sponsoru olub. Fransada 2016-cı ildə keçirilmiş Avropa çempionatının baş sponsoru da məhz SOCAR olub.