UEFA avrokubok iştirakçısı klubların gəlirlərini açıqladı » Memur.az

UEFA avrokubok iştirakçısı klubların gəlirlərini açıqladı

UEFA avrokubok iştirakçısı klubların gəlirlərini açıqladıUEFA öz fəaliyyətinə dair maliyyə hesabatını açıqlayıb.

“Marca” nəşrinin yaydığı xəbərə görə, sənəddə ötən mövsüm avrokuboklarda iştirak etmiş klubların gəlirləri qeyd olunub.

Bildirilib ki, ən çox gəlir qazanan PSJ olub. Fransa klubu ötənilki Çempionlar Liqasındakı çıxışı sayəsində 126 806 avro qazanıb.

“Bavariya” 125 468 avro, “Barselona” 100 251 avro gəlir əldə edərək ilk üçlükdə qərarlaşıb.

Avropa Liqasının ən çox qazanan klubları isə “İnter” (61,4 min avro) və “Seviliya” (34,6 min avro) olub.

Qeyd edək ki, ötən övsüm ÇL-in ümumi mükafat fondu 1,6 milyard, Avroliqanın isə 478 milyon avro təşkil edib.