Uruqvaylı hücumçu avrokuboklardakı rekordu təzələdi » Memur.az

Uruqvaylı hücumçu avrokuboklardakı rekordu təzələdi

Uruqvaylı hücumçu avrokuboklardakı rekordu təzələdiİngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Edinson Kavani “Roma”ya qarşı oyunda yeni nailiyyətə imza atıb.

“Opta” agentliyi xəbər verir ki, uruqvaylı futbolçu sözügedən oyunda iki qol və iki məhsuldar ötürmənin müəllifi olub.

Bu nəticə ilə 34 yaşlı hücumçu avrokubok oyunları tarixində bir oyunda iki qol vuran və iki məhsuldar ötürmə ilə yadda qalan ən yaşlı oyunçu olub.O, Almaniya “Bavariya”sından Robert Levandovski və İspaniya “Barselona”sından Lionel Messinin rekordunu qırıb.

Hər iki oyunçu bu nəticəni 31 yaşında həyata keçirə bilmişdi.

Xatırladaq ki, Avropa Liqasının yarımfinalında keçirilən “Mançester Yunayted” - “Roma” qarşılaşması meydan sahiblərinin 6:2 hesabı qələbəsi ilə bitib.