Messi rekord qırmağa davam edir » Memur.az

Messi rekord qırmağa davam edir

Messi rekord qırmağa davam edir“Barselona”nın hücumçusu və kapitanı Lionel Messi 12 mövsüm ardıcıl İspaniya çempionatında azı 25 qol vuran yeganə futbolçudur.

Bu barədə “Squawka Football” məlumat yayıb.

34 yaşlı forvard “Xetafe” ilə oyunda (5:2) dubla imza ataraq bu mövsümdə 25-ci qoluna imza atıb.

Qeyd edək ki, mart ayında ulduz futbolçu braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu da qırmağı bacarmışdı.

Belə ki, La Liqada 469-cu qolunu vuran L.Messi bir çempionatda ən çox fərqlənən oyunçu oldu.

Xatırladaq ki, Pele 1957-1974-cü illərdə Braziliya çempionatında “Santos”un heyətində 468 qola imza atıb.