Bağlanış mərasimində idmançıların paradı başladı » Memur.az

Bağlanış mərasimində idmançıların paradı başladı

Bağlanış mərasimində idmançıların paradı başladı

Bakı Olimpiya Stadionunda keçirilən I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində idmançıların paradı başlayıb.

APA-nın məlumatına görə, Bakı 2015 I Avropa Oyunlarında 17 gün ərzində 20 idman növü üzrə davam edən yarışlara Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti üzvü təşrif buyurub.

Stadionun ekranlarında nümayiş olunan qısa filmdə öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə I Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlıq ifadə edilib.

Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub. Bu, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atleti üçün bayram havasıdır.