Bu gün I Avropa Oyunlarının son medalçıları məlum olacaq » Memur.az

Bu gün I Avropa Oyunlarının son medalçıları məlum olacaq

Bu gün I Avropa Oyunlarının son medalçıları məlum olacaq

Tamaşaçılar 5 növ üzrə idman yarışlarına baxacaq

Bu gün Bakı-2015 I Avropa Oyunlarına yekun vurulacaq.


Apasport.az saytının məlumatına görə, idmançılar yarışların son günündə cəmi 9 dəst medal uğrunda mübarizə aparacaqlar.

Tamaşaçılar son gündə 5 növ üzrə qaliblərin müəyyənləşməsinə şahid olacaq. Komanda idman növləri - çimərlik futbolu və voleybolda həlledici matçlar baş tutacaq.

Cüdoçular da mübarizəni komanda yarışları ilə yekunlaşdıracaqlar. Badminton və BMX velosiped idmanında da final mərhələsi baş tutacaq.

Azərbaycan təmsilçiləri Oyunların son günündə yalnız iki növdə qüvvəsini sınayacaq. Çimərlik futbolu yığmamız yekundakı mövqeyini həll edəcək matça çıxacaq. Çüdoçularımız isə növbəti dəfə tatami üzərində bacarığını göstərməyə çalışacaq.