Tarix : 5-04-2021, 10:45 | Bölmə: idman

Avropa çempionatında iştirak edəcək cüdoçularımız bilindi - ADLARBu ay keçiriləcək cüdo üzrə Avropa çempionatına yollanacaq idmançılarımızın sayı və tərkibi bilinib.

Memur.Az-ın xəbərinə görə, 14 cüdoçu qitə birinciliyində iştirak edəcək. Bunlardan 10-u kişi və 4-ü qadın cüdoçu olacaq.

Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq)

Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İrina Kindzerskaya (+78 kq)

Qeyd edək ki, Olimpiada lisenziya xalları qazandıran Avropa çempionatı 16-18 aprel tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. Turnirdə 44 ölkənin idmançısı qızıl medal üçün mübarizə aparacaq.

Oxşar xəbərlər