Neymar Messiyə görə “Barselona”ya qayıtmaq istəyir » Memur.az

Neymar Messiyə görə “Barselona”ya qayıtmaq istəyir

Neymar Messiyə görə “Barselona”ya qayıtmaq istəyirPSJ-nin braziliyalı hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, forvard Leonel Messinin öz klubunda qalacağını əsas gətirərək, PSJ ilə danışıqları dayandırıb.

O, Messi ilə birlikdə oynamaq üçün “Barsa”ya müraciət edib. Neymar katalon klubuna geri qayıtmaq istədiyini bildirib.

Futbolçu və adıçəkilən klublar hələ ki məsələyə münasibət bildirməyiblər.