Qadın bokçumuz bürünc medal qazandı, Səlimov isə FİNALDA » Memur.az

Qadın bokçumuz bürünc medal qazandı, Səlimov isə FİNALDA

Qadın bokçumuz bürünc medal qazandı, Səlimov isə FİNALDA

Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarında Azərbaycan yığması növbəti medalını qazanıb. Lent.az-ın məlumatına görə, qadınlar arasında 60 kq çəkidə mübarizə aparan idmançımız Yana Alekseyevna yarımfinalda olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.

Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.

60 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli boksçumuz Albert Səlimov isə yarımfinalda inamlı çıxış edib. 29 yaşlı A.Səlimov gənc rəqibi Sin Makkombunu (İrlandiya) 3:0 hesabı ilə məğlub edərək finala çıxıb. İdmançımız final görüşündə qızıl medal uğrunda mübarizə aparacaq.