Teymur Məmmədov: "Özümü ikiqat xoşbəxt sayıram” » Memur.az

Teymur Məmmədov: "Özümü ikiqat xoşbəxt sayıram”

Teymur Məmmədov: "Özümü ikiqat xoşbəxt sayıram”

“Çox xoşbəxtəm. Həm qızıl medal qazanmışam, həm də o medalı mənə cənab prezidentimiz təqdim edib. Buna görə özümü ikiqat xoşbəxt sayıram”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı Teymur Məmmədov deyib.

81 kq çəki dərəcəsində finalda da qələbə sevinci yaşayan idmançımız fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Avropa Oyunlarındakı uğurunu şərh edən Məmmədov final döyüşünün ağır keçmədiyi qeyd edib: “Döyüş o qədər ağır keçmədi. Mən hamıdan güclü idim”.

Gələcək planları barədə danışan idmançı bildirib ki, məşqlərə davam edəcək: “Mən dayanmayacam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.

Məmmədov qalibiyyətini oğluna həsr etdiyini vurğulayıb: “İnşallah, bu yaxınlarda oğlum olacaq. Mən bu qələbəni ona həsr edirəm. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim”.