Samboçularımız FİNALDA » Memur.az

Samboçularımız FİNALDA

Samboçularımız FİNALDA

+100 kq çəki dərəcəsində sambo yarışlarında ölkəmizi təmsil edən Vasif Səfərbəyov də finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o mübarizəyə 1/4 finaldan başlayıb. V. Səfərbəyov bu mərhələdə makedoniyalı Bayro Maşoviçi 4-0 hesabı ilə qalib gəlib. V. Səfərbəyov yarıminalda ukraynalı Razmik Torayanla üzləşib. Həmvətənlimiz bu mərhələdə rəqibinə 3-1 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Final mərhələsində onun rəqibi rusiyalı Osipenko Artem olacaq

*****
57 kq çəki dərəcəsində sambo yarışlarında Azərbaycanı təmsil edən İslam Qasımov finala vəsiqə qazanıb.

Lent.az-ın məlumatına görə, o, mübarizəyə 1/4 final mərhələsindən başlayıb. Samboçumuz ilk mərhələdə rumıniyalı Orlando Qruiaya 4-0 hesabı ilə qalib gəlib. İslam Qasımov yarımfinalda gürcüstanlı Vakhtangi Chidraşvili ilə üz –üzə gəlib. Qarşılaşma 3-1 hesabı ilə idmançımızın xeyrinə başa çatıb. Final qarşılaşmasında Qasımov rusiyalı Aymergen Atkunovla gücünü sınayacaq.