İstanbul derbisini “Beşiktaş” qazandı » Memur.az

İstanbul derbisini “Beşiktaş” qazandı

İstanbul derbisini “Beşiktaş” qazandıTürkiyə Super Liqasında XIX tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün turun daha üç qarşılaşması baş tutub.

Günün ilk oyununda autsayder “Dənizlispor” öz meydanında “Hatayspor”a uduzub – 0:2.

“Yeni Malatyaspor” isə “Rizəspor”u meydana çıxmağa peşman edib – 4:1.

Günə turun ən çox maraqla gözlənilən qarşılaşması, İstanbul derbisi ilə yekun vurulub.

Çempionatda keçirdiyi son altı oyunda uduzmayan, cəmi bir dəfə bərabərliyə razılaşan və bu qrafiki sayəsində liderliyə yüksələn “Beşiktaş” əzəli rəqibi “Qalatasaray”ı qəbul edib.

Mbaye Diaqnenin 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan “Qalatasaray” oyundan məğlub ayrılıb – 0:2.

Qeyd edək ki, tura yanvarın 18-də keçiriləcək “Fənərbaxça” – “Ankaragücü” və “Kasımpaşa” – “Ərzurum BB” (hər ikisi saat 20:00) oyunları ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XIX tur
17 yanvar

“Dənizlispor” – “Hatayspor” – 0:2
Qollar: Muhammet Özkal, 47 (avtoqol), Diuf, 78 (pen.)

“Yeni Malatyaspor” – “Rizəspor” – 4:1
Qollar: Kubilay Kanatsızkuş, 46, 50, Umut Bulut, 61, Mustafa Eskihellac, 74 – Skoda, 30 (pen.)

“Beşiktaş” – “Qalatasaray” – 2:0
Qollar: Jozef De Souza, 79, Nkudu, 90+2