Toğrul Əsgərov və Xetaq Qazimov FİNALDA - YENİLƏNİB » Memur.az

Toğrul Əsgərov və Xetaq Qazimov FİNALDA - YENİLƏNİB

Toğrul Əsgərov və Xetaq Qazimov FİNALDA - YENİLƏNİB

65 kq çəki dərəcəsində olimpiya çempionumuz Toğrul Əsgərov finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, yarıminalda belarus idmançısı Azamat Nurykau 5-2 hesabı ilə qalib gələrək finala çıxıb.

Qeyd edək ki, Toğrul Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatova 8-7 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, 1/8 final mərhələsində moldovalı Mixail Savanı 10-0 hesabı ilə təmiz qələbə qazanıb. 1/4 final mərhələsində fransız idmançı üzərində təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.
**********
13:48
57 kiloqram çəki dərəcəsində Yaşar Əliyev finala vəsiqə qazana bilməyib. Lent.az-ın məlumatına görə, Yaşar Əliyev yarımfinalda rus idmançısı 1-3 hesabı ilə məğlub. O, bürünc medal uğrunda mübarizə aparcaq.
O, mübarizəyə 1/8 finaldan başlayıb. Yaşar Əliyev ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni 9-4 hesabı ilə qalib gəlib.1/4 final mərhələsində erməni Garik Barseghyanı 10-6 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.


*********
13:35
97 kq çəki dərəcəsində Xetaq Qazyumov finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, yarımfinal qarşılaşmasında rusiyalı Abdusalam Qadisovu 3-1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Xetaq ilk mərhəldə polşalı Radoslav Baranla qüvvəsini sınayıb. Xetaq qarşılaşmanı 10-0 udaraq vaxtından əvvəl qələbə qazanıb . Xetaq 1/ 8 final mərhələsində moldovalı Nicolai Cebanı 4-0 hesabı ilə qalib gəlib. Xetaq Qazimov yarımfinalda belarus idmançısı İbrahim Sauidinə 3-1 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb