39 yaşlı Zlatan İbrahimoviç “Milan”a qələbə qazandırdı » Memur.az

39 yaşlı Zlatan İbrahimoviç “Milan”a qələbə qazandırdı

39 yaşlı Zlatan İbrahimoviç “Milan”a qələbə qazandırdıFutbol üzrə İtaliya çempionatının altıncı turunda “Milan” növbəti dəfə qələbə qazanıb.

Səfərdə “Udineze” komandasını 1:2 hesabı ilə məğlub edən “Milan”da 39 yaşlı Zlatan İbrahimoviç yenidən ön plana çıxıb.

İlh hissədə məhsuldar ötürmə ilə yadda qalan Z.İbrahimoviç qarşılaşmanın 83-cü dəqiqəsində yenidən ön plana çıxıb və hesabı “Milan”ın xeyrinə dəyişdirib.

Bununla da, ulduz futbolçu çempionatda “Milan”ın heyətində dördüncü qarşılaşmasında yeddinci qolunu vurub.