Bakı-2015: Stadnik çempion oldu - 7-Cİ QIZIL » Memur.az

Bakı-2015: Stadnik çempion oldu - 7-Cİ QIZIL

Bakı-2015: Stadnik çempion oldu - 7-Cİ QIZIL

O, finalda bolqarıstanlı rəqibinə qalib gəlib


Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının üzvü Mariya Stadnik qızıl medal qazanıb.

APA-nın məlumatına görə, dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə qarşılaşıb.

M. Stadnik yenə çətinlik çəkmədən xalçadan qalib ayrılıb.

"Apasport”un verdiyi məlumata görə, təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb.

Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta Dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib.

Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü sınayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.