Bakı-2015: Əliyevlə Mürsəliyev 1/4 finalda, Təhmasibi uduzdu » Memur.az

Bakı-2015: Əliyevlə Mürsəliyev 1/4 finalda, Təhmasibi uduzdu

Bakı-2015: Əliyevlə Mürsəliyev 1/4 finalda, Təhmasibi uduzdu

Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Lent.az-ın məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.

Yunan-Roma güləşi

66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək.

75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimiz 4-0 hesabı ilə qələbəsi ilə başa çatıb. 0, 1/8 final qarşılaşmasında ruminiyalı Puscasu İonellə qarşılaşacaq.

85 kq
Millimizin liderlərində olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi ilə qüvvəsini sınayıb. O, qarşılaşmanı 4-0 hesabı ilə qələbə çalıb. S. Təhmasibi 1/8 qarşılaşmasında erməni idmançısı Maksim Manukyan qarşılaşıb. Qarşılaşma erməninin 4-0 hesabı ilə başa çatıb.

130 kq
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə güləşəcək.

Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.