Rusiya mətbuatının əsas xəbəri: BAKI - 2015 » Memur.az

Rusiya mətbuatının əsas xəbəri: BAKI - 2015

Rusiya mətbuatının əsas xəbəri: BAKI - 2015

Rusiyanın aparıcı KİV-nin dünən və bu gün əsas xəbəri Bakıda I Avropa oyunlarının açılış mərasimi və prezident Vladimir Putinin bu mərasimdə iştirakı olub.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Rossiya Seqodnya" və TASS agentlikləri dünən mərasim başlayan andan etibarən onlayn reportajlar və xəbərlərlə Rusiya oxucularına "Bakı-2015” barədə xəbərlər çatdırıb.

TASS agentliyi "Azərbaycan prezidenti İlham Əliyev Avropa oyunlarını açıq elan edib" başlığı ilə dünən Avropa Oyunlarının açılış mərasimi xəbərini verib. Agentlikdə gedən məlumatda Bakı2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın açılış mərasimində çıxışından sitatar da yer alıb.

Rusiyalı tamaşaçılar I Avropa Oyunlarının açılış mərasiminə "Rossiya 2" telekanalından canlı baxıblar. Soçi Qış Olimpiadasını da "Rossiya" telekanalında şərh edən Dmitri Quberniyev açılış mərasiminin yüksək səviyyədə keçirildiyini söyləyib.

Rusiyanın "Birinci" kanalında "Xəbərlər" (Novosti) proqramında açılış mərasimi barədə geniş reportaj yayımlanıb.

Rusiyanın "NTV" kanalı isə açılış mərasimini "Möhtəşəm teatrlaşdırılmış təqdimat" adlandırıb.

Açılış mərasiminin nümayişi bitdikdən sonra "vesti.ru" saytı "Facebook" sosial şəbəkəsindəki səhifəsində Olimpiya stadionundan atəşfəşanlığın əks olunduğu fotonu bölüşərək "Azərbaycan" haştagı ilə "Azərbaycanı möhtəşəm açılış mərasimi ilə təbrik edirik" statusu yazıb.

Rusiyanın informasiya agentlikləri, qəzetlər Avropa Oyunlarının açılış mərasimində yüksək səviyyəli qonaqların, dövlət və hökumət başçılarının, xüsusi ilə də Rusiya prezidenti Vladimir Putinin iştirakının manşet xəbər kimi verib.

Mərasimdə dünya ulduzu Lady Qaqanın iştirakı da Rusiya KİV-nin diqqət mərkəzində olub