Prezident “Bakı-2015” I Avropa Oyunlarını açıq elan etdi
idman
12-06-2015, 23:05
756
50 ölkənin 6 min idmançısı 20 idman növü üzrə 253 medal uğrunda yarışacaq
Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2015” I Avropa Oyunlarını rəsmi şəkildə açıq elan edib.
APA-nın məlumatına görə, iyunun 28-də başa çatacaq Birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsinin 6 min idmançısı 20 idman növü üzrə 253 medal uğrunda yarışacaq.
17 gün davam edəcək I Avropa Oyunlarında medal qazanan idmançılar həm də 12 idman növü üzrə “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Azərbaycan Birinci Avropa Oyunlarına 291 idmançı ilə qatılır, 20 növün hər birində yığmamız mübarizə aparacaq.